Az | EN

Türkiyənin Tanınmış Şirkəti Tripledot Studios, 800 Milyon Dolara Oyun Portfeli Satın Aldı

Cəmil Hüseynzadə
08 May 2025 16:12
48 baxış
Türkiyənin Tanınmış Şirkəti Tripledot Studios, 800 Milyon Dolara Oyun Portfeli Satın Aldı

Tripledot Studios, bu gün AppLovin-in mobil oyun studiosu portföyünü təxminən 800 milyon dollara satın aldığını açıqlayıb. Bu müqavilə yarısı nağd, yarısı isə səhmlər şəklində həyata keçiriləcək. Müqavilə çərçivəsində, AppLovin, Tripledot Studios-un azlıq payçısı olacaq, Tripledot Studios isə ABŞ və Asiya daxil olmaqla mühüm bazarlardakı varlığını genişləndirəcək.

Müqavilənin nəticəsində Tripledot Studios dünyada 23 şəhərdə 2,500-dən çox əməkdaşla ümumilikdə 12 studio idarə etməyə başlayacaq. Şirkət, bu genişləmə ilə 25 milyon gündəlik aktiv istifadəçi və təxminən 2 milyard dollarlıq illik ümumi gəlir əldə edəcək. Tripledot Studios bu uğurlarla, gəlir baxımından dünyanın ən böyük 5 müstəqil mobil oyun stüdyosundan biri olacaq və bazardakı mövqeyini gücləndirəcək.

Tripledot Studios 2017-ci ildə Lior Shiff, Akın Babayiğit və Eyal Chameides tərəfindən Londonda təsis edilib. Şirkət 2021-ci ildə A seriyası investisiya turunda 78 milyon dollar yatırım alıb və bu investisiya ilə 500 milyon dollar dəyərləndirilib. 2022-ci ildə isə 116 milyon dollar daha yatırım əldə edərək ümumilikdə 252 milyon dollar investisiya toplamışdır. Hal-hazırda, Londonda, Varşavada, Minskdə, Barselonada, Cakartada və Melburnuda ofisləri olan Tripledot Studios müqavilə çərçivəsində şimal amerika, avropa və asiyada yerləşən 17 şəhərdəki 10 stüdyonu alacaq. Bu stüdyolar bunlardır:

  • Lion Studios - Hexa Sort, Wordle! və Found It-in istehsalçısı
  • PeopleFun - Wordscapes, Wordscapes Solitaire və Bricks n Balls-in istehsalçısı
  • Belka Games - Clockmaker və Train of Hope-un istehsalçısı
  • Zenlife Games - Cooking Madness və Word Connect-in istehsalçısı
  • Leyi - West Game və Mecha Fire-in istehsalçısı
  • Magic Tavern - Project Makeover, Matchington Mansion və Modern Community-nin istehsalçısı
  • Athena Studio - Woody Block Puzzle və Woody 99-un istehsalçısı
  • Clipwire Games - The Price is Right Bingo, Bingo Story və Monopoly Bingo-nun istehsalçısı
  • Zeroo Gravity - Cash Tornado, Jackpot Masters Slots və Carnival Tycoon-un istehsalçısı
  • Machine Zone - Mobile Strike və Game of War-un istehsalçısı

Bu məşhur oyunlar da satın alma ilə birlikdə Tripledot Studios-un portfelinə daxil olacaq. Satınalma prosesinin 2025-ci ilin yayında tamamlanması gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az