Marketinq qruplarının səmərəliliyini artıran HockeyStack startapı A Seriyası investisiya turunda Y Combinator, Uncorrelated və QNBEYOND Ventures-in iştirakı ilə 20 milyon dollar investisiya alıb. Bu investisiya turuna Bessemer Venture Partners-ın rəhbərlik edib.
Arda Bulut, Buğra Gündüz və Emir Atlı tərəfindən qurulan startap, B2B xidmət göstərən şirkətlərə müştəri qazanma və satış kanallarını təhlil edərək məlumat verir. Süni intellektlə işlənən hesabatlar və hesaba əsaslanan marketinq həlləri ilə müəssisələrin daha çox satış imkanı əldə etməsinə kömək edir.
2023-cü ilin iyununda Y Combinator-un akselerasiya proqramına qəbul edilən HockeyStack həmin ilin noyabrında General Catalyst və digər investorlardan 2,7 milyon dollar investisiya almışdı.
Startap yaxın günlərdə marketinq qruplarına əlavə işçi qüvvəsinə və ya yeni texnologiyaya uyğunlaşmaya ehtiyac olmadan potensial müştəri bazasını daha yaxşı anlamağa kömək edən süni intellekt aləti Odin-i təqdim etmişdi. Onun müştəriləri arasında Outreach, 8x8 və Sumo Logic kimi tanınmış şirkətlər var.
Yanlız ABŞ-də komandası olan startap aldığı investisiya ilə komandasını böyütmək və Türkiyədə yeni komanda qurmağı planlaşdırır. CEO Buğra Gündüz gələcəyə baxışını belə ifadə etdi: “Müştərilərimiz hazırda HockeyStack startapı vasitəsilə 20 milyard dollardan çox kampaniya xərclərini idarə edirlər. Məqsədimiz gəlir optimallaşdırılmasını daha da asanlaşdıran süni intellekt əsaslı məhsullar təqdim etməkdir.”