Az | EN

Uber "Trendyol Go"nu almaq üçün danışıqlara başlayıb

Cəmil Hüseynzadə
18 Aprel 2025 12:10
120 baxış
Uber "Trendyol Go"nu almaq üçün danışıqlara başlayıb

ABŞ mərkəzli nəqliyyat və çatdırılma nəhəngi Uber, əldə edilən məlumata əsasən, "Trendyol Go"nun satın alınması ilə bağlı danışıqlara başlayıb. Məlumatı Bloombergə danışan mənbələr bildirib ki, danışıqlar hələ də davam edir və bağlayıcı razılaşma hələ imzalanmayıb.

Eyni zamanda mənbələr bu mərhələnin sonunda razılaşmanın baş tutmaması ehtimalının da mövcud olduğunu qeyd ediblər.

Həm Uber, həm də Trendyol tərəfi yayılan məlumatlara dair hələlik hər hansı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Trendyol Go 2020-ci ildə pandemiya ilə birlikdə sürətlə inkişaf edən tez çatdırılma sektoruna daxil olub. Çinli “Alibaba” qrupuna məxsus Trendyol, bu xidmət vasitəsilə istifadəçilərə bir neçə dəqiqə ərzində yemək və market məhsulları sifarişi imkanı təqdim edir.

Restoran və tərəfdaş şəbəkəsi ilə fəaliyyət göstərən Trendyol Go, qısa zamanda geniş istifadəçi bazası ilə Türkiyənin ən çox istifadə olunan tətbiqlərindən birinə çevrilib.

© copyright 2022 | tech.az | info@tech.az