Az | EN

United Payment Turan-ın Əsas Səhmdarı Olur

Cəmil Hüseynzadə
29 Yanvar 2025 17:40
137 baxış
United Payment Turan-ın Əsas Səhmdarı Olur

United Payment 2022-ci ildən etibarən investisiya edərək dəstək verdiyi Türk Dünyasının aparıcı maliyyə platforması Turan-ın böyük səhmdarı olur. Rəqabət Qurumunun təsdiqindən sonra, Turan-ın əsas nəzarət payı rəsmi olaraq United Payment-a keçəcək. Bu birləşmə ilə United Payment, Türk Dövlətlərindəki gücünü artıraraq bölgədə liderliyini daha da möhkəmləndirməyi planlaşdırır.

United Payment-in Böyük Strateji Addımı

Maliyyə texnologiyaları sahəsində lider şirkətlərdən biri olan United Payment, Turan tətbiqinin əsas səhmdarı olmaq üçün razılığa gəldiyini açıqlayıb. Şirkət həm Türkiyə daxilində, həm də beynəlxalq miqyasda sektorda əhəmiyyətli yerə sahibdir və bu addımla bölgədəki liderliyini daha da gücləndirməyi hədəfləyir. Türk Dövlətləri arasında maliyyə körpüsü yaratmaq məqsədi daşıyan Turan-ın əsas səhmdarı, Rəqabət Qurumunun təsdiqindən sonra United Payment olacaq.
Şirkət yaradıldığı gündən etibarən strateji satınalmalar həyata keçirərək diqqət çəkmiş və Türkiyədən çıxan, fintek sahəsinin bütün istiqamətlərində fəaliyyət göstərən, bölgənin ən böyük şirkəti olmaq vizyonu ilə fəaliyyətini davam etdirir.

Türk Dövlətləri arasında maliyyə əməliyyatlarını asanlaşdırır

Turan tətbiqi Azərbaycan, Qazaxıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Qırğızıstan və Özbəkistan arasında saniyələr içində pul köçürmə xidməti təqdim edir. Hər gün milyonlarla lirə dəyərində maliyyə əməliyyatı həyata keçirilən platforma, Türkiyədə yaşayan türk soydaşlar üçün bank xidmətlərini asanlaşdırır. Eyni zamanda, Türkiyə daxilində bütün istifadəçilərinə 100% rəqəmsal və sərfəli maliyyə həlləri təqdim edir.
Turan, 2023-cü ildə Türkiyədə maliyyə kateqoriyasında birinci, ümumi sıralamada isə ən çox yüklənən ikinci tətbiq olmuşdur. Hazırda platformanın 500 mindən çox müştərisi və Azərbaycanla Özbəkistanda lokal ofisləri var.

Turan-ın Qurucusundan Açıqlama

Turan-ın qurucusu Özgür Bayraktar, United Payment-ın əsas səhmdar olması ilə bağlı bunları bildirib:
"29 oktyabr 2022-ci ildə böyük xəyallarla bu yola çıxdıq. Türk Dünyasında addım atmadığımız yer qalmadı. Hər keçən gün böyüdük, öyrəndik və böyük uğurlar qazandıq. Bu gün isə bu yolun ən mənalı mərhələlərindən birinə çatmağın qürurunu yaşayırıq. Türkiyənin ən köklü və güclü maliyyə qurumlarının dəstəyini arxasına alan United Payment ilə əldə etdiyimiz razılaşma, gələcəkdə birlikdə daha böyük uğurlara imza atma qərarlılığımızın güclü ifadəsidir.
Bu prosesdə gecə-gündüz çalışan komandamıza, bizə inanan investorlarımıza və United Payment ailəsinə təşəkkür edirəm. Eyni həvəs və coşğu ilə United Payment ilə çiyin-çiyinə çalışmağa davam edəcəyik.”

United Payment, Türkiyədən çıxan və maliyyə texnologiyalarının hər sahəsində xidmət göstərən ən böyük şirkət olmaq vizyonu ilə fəaliyyətini davam etdirir. Bu strateji addımla Türk Dövlətləri arasında rəqəmsal bankçılıq və maliyyə texnologiyalarının inkişafına daha güclü dəstək verməyi hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az