Az | EN

UZCARD-ın rəhbər heyyətindən Otabek Sidikov BONU AGI-nin Türkiyə üzrə CEO-su İmidə Kamallını təyin edib

Cəmil Hüseynzadə
07 Sentyabr 2026 11:21
52 baxış
UZCARD-ın rəhbər heyyətindən Otabek Sidikov BONU AGI-nin Türkiyə üzrə CEO-su İmidə Kamallını təyin edib

2019-cu ildən Faster IQ tərəfindən hazırlanmağa başlanan və 2025-ci ildə istifadəyə təqdim edilən BONU AGI süni intellekt texnologiyalarından ətraf mühitin sağlamlığı, təhsil, sosial hazırlıq, kibertəhlükəsizlik və strateji məlumatların təhlili kimi müxtəlif sahələrdə istifadə etməklə Türk dünyasının texnoloji transformasiyasına töhfə verməyi hədəfləyir.

Türk dünyasının texnoloji potensialının inkişafına töhfə vermək məqsədilə hazırlanan BONU AGI-nin əsas istifadə istiqamətləri arasında aşağıdakılar yer alır:

  • Ətraf mühitin sağlamlığı: Hava və su çirkliliyinin təhlili, ekoloji məlumatların qiymətləndirilməsi və yaşıl enerji layihələrinin optimallaşdırılması üçün süni intellekt əsaslı həllər.
  • Sosial hazırlıq, təhsil, bankçılıq və fintech: Çoxdilli kommunikasiya imkanları vasitəsilə müxtəlif türk toplumları arasında əlaqələrin gücləndirilməsi, məlumat mübadiləsinin asanlaşdırılması və təhsil proseslərinə dəstək verilməsi nəzərdə tutulur.

Bununla yanaşı, BONU AGI-nin bankçılıq və maliyyə texnologiyaları (fintech) sahəsində də süni intellekt əsaslı həllərin hazırlanmasına töhfə verməsi hədəflənir.

Platformanın maliyyə məlumatlarının təhlili, rəqəmsal bankçılıq, müştəri xidmətləri, maliyyə proseslərinin avtomatlaşdırılması, risklərin təhlili, fırıldaqçılığın aşkarlanması və qarşısının alınması, şübhəli əməliyyatların müəyyənləşdirilməsi və çirkli pulların yuyulmasının qarşısının alınması (AML) kimi kritik maliyyə proseslərində istifadə edilməsi planlaşdırılır.

Bu çərçivədə BONU AGI Türk dünyası ölkələri arasında maliyyə texnologiyaları üzrə əməkdaşlığın inkişafı, rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi və sərhədlərarası maliyyə kommunikasiyasının dəstəklənməsi baxımından yeni imkanlar yaratmağı hədəfləyir.

Kibertəhlükəsizlik və strateji təhlükəsizlik: Kibertəhlükəsizlik proseslərinin təkmilləşdirilməsi, strateji məlumatların təhlili və təhlükəsizlik infrastrukturunun gücləndirilməsi üçün süni intellekt əsaslı həllər.

 Türk dünyasında texnoloji əməkdaşlıq

BONU AGI Türkiyə, Azərbaycan, Özbəkistan və digər türk dövlətləri arasında texnologiya və müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafına töhfə verə biləcək süni intellekt infrastrukturu yaratmağı hədəfləyir.

Ortaq PUA/SİHA layihələrindən hərbi logistikanın optimallaşdırılmasına, məlumatların təhlilindən texnologiya transferinə qədər müxtəlif istiqamətlərdə süni intellekt texnologiyalarından səmərəli istifadəni dəstəkləməklə daha güclü, müstəqil və dayanıqlı Türk texnologiya ekosisteminin formalaşmasına töhfə vermək əsas məqsədlərdən biridir.

İmida Kamallı:

“Türk dövlətləri arasındakı qardaşlıq və həmrəyliyi ortaq texnologiya ilə gücləndirmək, ortaq gələcəyimizin təməllərini birlikdə qurmaq və texnoloji müstəqilliyimizi hamılıqla möhkəmləndirmək ən böyük hədəfimizdir.”

© copyright 2022 | tech.az | info@tech.az