Kriptovalyuta bazarı genişləndikcə, bir çox şirkətlər rəqəmsal aktivləri öz əməliyyatlarına daxil etmək, həmçinin müştəriləri üçün kriptovalyuta ilə bağlı xidmətlər üzərində işləyir.
Bu dəfə isə Visa şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) VIP istifadəçilər üçün limitsiz Bitcoinblack kredit kartını təqdim edib. Şirkətin verdiyi mətbuat açıqlamasına görə, ilk dəfə 2021-ci ildə buraxılan kartı dünya üzrə yalnız 10.000 üzv istifadə edə bilər. Bildirilir ki, Visa bu addımı ilə istifadəçilərin sayını xeyli artıracaq. Bundan əlavə, kartla istifadəçilər Bitcoin və digər əsas kriptovalyutaları birdəfəlik nağd pula çevirə biləcəklər.
Bitcoinblack Visa-nın qəbul edildiyi 140-dan çox ölkə də daxil olmaqla, insanlara öz kriptovalyutalarını dünyanın hər yerində istifadə etməyə imkan verir.