Az | EN

Windows 12-nin 2024-cü ildə buraxılacağı iddia edilir

Nail Valiyev
09 Oktyabr 2023 12:56
818 baxış
Windows 12-nin 2024-cü ildə buraxılacağı iddia edilir

Microsoft-un yeni əməliyyat sistemi Windows 12-nin 2024-cü ildə buraxılacağı ilə bağlı söz-söhbətlər Intel-in son açıqlaması ilə bəlli olub. Windows 11-in hələ də bazarda tam tətbiq olunmadığı bu dövrdə Microsoft-un Windows-un yeni versiyası üzərində işlədiyi bildirilib. 

Intel-in maliyyə direktoru David Zinsner son qazanc hesabatında 2024-cü ildə Windows-un yeni versiyasının buraxılacağını bildirib. Daha əvvəl sızan məlumatlara görə isə Windows 12-nin 2024-cü ildə təqdim ediləcəyi, tam versiyasının isə 2025-ci ildə çıxacağı qeyd olunmuşdu. 

Həmçinin, Intel-in yeni prosessoru Meteor Lake-in Windows 12 ilə daha effektiv performans göstərəcəyi bildirilir. Yeni prosessorların və əməliyyat sisteminin birlikdə təqdim edəcəyi bu inteqrasiya istifadəçilərə üstün təcrübə vəd edəcək

© copyright 2022 | tech.az | info@tech.az