Az | EN

Workday süni intellekt investisiyaları üçün 1,750 işçini işdən azad edib

Nigar Sultanli
06 Fevral 2025 11:09
203 baxış
Workday süni intellekt investisiyaları üçün 1,750 işçini işdən azad edib

Amerikanın Workday şirkəti maliyyələri azaltmaq və süni intellektə daha çox investisiya etmək məqsədilə işçi qüvvəsini 8.5% azaldaraq 1,750 işçisini işdən çıxarma qərarı alıb. Bu qərar şirkətin Oracle və SAP kimi rəqibləri ilə yarışdığı və maliyyə idarəetməsi və iş planlaması xidmətləri təqdim etdiyi bir dövrdə qəbul edilib.

Workday insan resursları və maliyyə idarəetməsi sahəsində tanınır və böyük müəssisələrin işçi idarəetməsini, maliyyə proseslərini və maaş hesablama kimi vacib funksiyaları vahid bir platformada birləşdirir. Eyni zamanda, süni intellekt dəstəyi ilə iş yerlərinə avtomatlaşdırma, proqnozlaşdırma və qərar qəbul etmə proseslərini sürətləndirməyə imkan verir.

Şirkət, yüksək faiz dərəcələri səbəbindən korporativ müştərilərin xərclərini azaltmağa məcbur olub. Workday əsas sahələrə investisaya etmək üçün maliyyətləri azaltma planı hazırlayaraq 230 milyon ilə 270 milyon dollar arasında qənaət etməyi hədəfləyir. Bəzi ofislərini bağlamağa qərar verən şirkət bu planın bir hissəsi olaraq 1,750 işçisini işdən çıxarıb. Bu prosesin 2026-cı ilin ikinci rübünə qədər başa çatdırılması planlaşdırılır. 

© copyright 2022 | tech.az | info@tech.az