Az | EN

X-də bəyənmələri gizlətmək mümkün olacaq

Nail Valiyev
x
15 Sentyabr 2023 14:28
516 baxış
X-də bəyənmələri gizlətmək mümkün olacaq

X platforması tərəfindən edilən açıqlamada X-ın ödənişli abunəçiləri artıq bəyənmələri gizlədə biləcəklər. Məxfiliyi artırmaq məqsədi daşıyan bu funksiya aktivləşdirildikdə bəyənmələr bölməsi X Premium istifadəçisinin profilindən tamamilə yox olur.

X-in rəhbəri İlon Mask keçmişdə bəyənmələrin gizli olacağını bildirmişdi. İndi isə X-ın məlumatına görə gizli bəyənmə funksiyasını yandırdığınız zaman profilinizdə bəyənmələrinizi yalnız siz görə biləcəksiniz. Bununla belə, fərdi bəyənmələriniz postlarda görünməyə davam edəcək. Həmçinin, bəyənmələriniz də X API-lərdən gizlənəcək.

Qeyd edək ki, İstifadəçi X Premium üçün ödəniş etməyi dayandırdıqda nə baş verəcəyi bəlli deyil. Bütün bunlar Maskın X Premium-u cəlbedici etmək istəyindən irəli gəlir. Ayda $8 ödəməklə X sizi Premium abunəçi edir və mavi təsdiq nişanı verir. Premium istifadəçilər tələblərə cavab verdikdə paylaşdıqları postlardan da pul qazana bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az