Az | EN

X istifadəçiləri botlardan qoruyacaq yeni funksiya gətirib

Nail Valiyev
x
10 Oktyabr 2023 12:20
593 baxış
X istifadəçiləri botlardan qoruyacaq yeni funksiya gətirib

X platforması  "Kim cavab verə bilər?" funksiyasını yeniləyərək yeni seçim əlavə edib. İstifadəçilər indi yalnız təsdiq edilmiş hesabların onların yazılarına cavab verəcəyini təyin edə bilərlər. 2020-ci ildə təqdim edilən bu xüsusiyyət indi "Təsdiqlənmiş hesablar" seçimi ilə genişləndirilib.

Bu xüsusiyyət istifadəçiləri bot və trol hesablarından qorumaq məqsədi daşıyır. Xüsusiyyəti aktivləşdirmək üçün Kim Cavab verə bilər? Bölməsindən "Yoxlanmış hesablar" seçimini seçmək kifayətdir. Pulsuz və Premium istifadəçilər üçün əlçatan olan bu funksiyaya postlarda işarələnmiş istifadəçilər də daxildir.

Bununla belə, X platformasında təsdiqlənmiş istifadəçilərin məhdud sayda olması göstərir ki, bu funksiya şərhlər baxımından istifadəçilərin qarşılıqlı əlaqəsini azalda bilər.

© copyright 2022 | tech.az | info@tech.az