Az | EN

X "Circles" funksiyasını ləğv edir

Nail Valiyev
x
22 Sentyabr 2023 12:56
518 baxış
X "Circles" funksiyasını ləğv edir

X şirkəti oktyabrın 31-də istifadəçilərə öz istədikləri qrupla məzmun paylaşmağa imkan verən “Circles” funksiyasını ləğv etmək qərarına gəlib. Bu xüsusiyyət istifadəçilərə paylaşımlarını yalnız seçdikləri qrupla məhdudlaşdırmağa imkan verirdi. 

Bununla belə, aprel ayında "Circles"-dan istifadə edərək paylaşılan bəzi yazıların hamıya göründüyü aşkar edilmişdi. Bu, xüsusən də postu yalnız müəyyən insanlara göstərmək istəyən istifadəçilər üçün problemə səbəb olmuşdu. 

Bu qərarı verdikdən sonra X şirkəti istifadəçilərinə göstərilən tarixdən sonra "Circles"də yeni yazılar yarada bilməyəcəklərini biıdirib. O, həmçinin istifadəçilərə mövcud Circles yazılarını silməyəcəklərini və bu yazılara girişin davam edəcəyini bildirib. X-in niyə "Circles" funksiyasını ləğv etmək qərarına gəldiyiisə hələ izah edilməyib.

© copyright 2022 | tech.az | info@tech.az