Az | EN

X Türkiyədə 700-dən çox hesabın bloklanmasına qarşı çıxıb

Nigar Sultanli
24 Mart 2025 14:38
153 baxış
X Türkiyədə 700-dən çox hesabın bloklanmasına qarşı çıxıb

X platforması axşam saatlarında özünün Global Government Affairs hesabından etdiyi paylaşımda, Türkiyə Bilgi Teknologiyaları və İletişim Kurumunun 700-dən çox hesabın bloklanmasına dair verdiyi məhkəmə qərarlarına etiraz etdiyini açıqlayıb. Bloklanacaq hesabların, əsasən Türkiyədə fəaliyyət göstərən xəbər agentlikləri, jurnalistlər, siyasi fiqurlar və tələbələrə aid olduğu bildirilir.

Platforma Türkiyə hökumətinin bu qərarının hüquqa zidd olduğunu və bunun milyonlarla Türk istifadəçisini öz ölkələrindəki xəbərlər və siyasi müzakirələrdən məhrum etdiyini vurğulayıb.

Açıqlamanın tam mətnində deyilir: “Türkiyə Bilgi Teknologiyaları və İletişim Kurumu Türkiyədəki xəbər agentlikləri, jurnalistlər, siyasi fiqurlar, tələbələr və digər şəxslərə aid 700-dən çox hesabın bloklanmasına dair verilmiş bir neçə məhkəmə qərarına etiraz edirik. X üçün hər kəsin ifadə azadlığı hüququnu müdafiə etmək hər şeydən daha vacibdir və biz Türk hökumətinin bu qərarının yalnız hüquqa zidd olmaqla qalmadığını, həm də milyonlarla Türk istifadəçisini öz ölkələrindəki xəbərlərdən və siyasi müzakirələrdən məhrum etdiyini düşünürük. Bu prinsipləri hüquq sistemi vasitəsilə müdafiə etməyi səbirsizliklə gözləyirik. X fəaliyyət göstərdiyi bütün ölkələrdə həmişə ifadə azadlığını müdafiə edəcəkdir."

© copyright 2022 | tech.az | info@tech.az