Şirkətin iddiasına görə, modelin "məntiqi əsaslandırma" qabiliyyəti sınaqlarda Claude Opus 4.1 modelini geridə qoyub və Gemini 2.5 Pro ilə bərabərləşib.
Grok 4 Fast modeli 2 milyon token həcmində kontekstə dəstək verir və Grok-un vebsaytında, həmçinin iOS və Android tətbiqlərində pulsuz istifadəyə verilib. Artificial Analysis-in apardığı testlərə görə, Grok 4 Fast məlumat axtarışı rejimində hətta OpenAI-nin GPT-5 və o3 modellərini də üstələyib.
Tədqiqatçıların müşahidələrinə əsasən, xAI-ın yeni modeli rəqiblərindən daha qənaətcil token istifadə edir. Testlərdə bütün tapşırıqları yerinə yetirmək üçün Grok 4 Fast-a 61 milyon token lazım olduğu halda, Gemini 2.5 Pro 93 milyon token sərf edib. Bu effektivlik sayəsində Grok 4 Fast-ın API-da istifadəsi, GPT-5-dən 23 dəfə, Gemini 2.5 Pro-dan isə 25 dəfə daha ucuzdur.
API qiymətləri belədir: 1 milyon giriş tokeni üçün 0.2 dollar və 1 milyon çıxış tokeni üçün 0.5 dollar.
Grok 4 Fast-ı məhdud müddət üçün OpenRouter və Vercel AI platformalarında pulsuz sınaqdan keçirmək mümkündür. İstifadəçilər artıq modelin kod yazma qabiliyyətlərini sınaqdan keçirərək müqayisəli nəticələr əldə edirlər. Məsələn, bir istifadəçi “Harri Potter” mövzusunda interaktiv vebsayt kodunun yazılması ilə bağlı sorğunu Grok 4 Fast-a və GPT-5-ə göndərərək Grok-un daha dolğun və funksional kod yazdığını göstərib.