Group-IB kibertəhlükəsizlik şirkəti Avropanı hədəf alan yeni kriptovalyuta fırıldaqçılıq şəbəkəsini aşkar edib. Radarlarında Avropada istifadəçiləri olan xakkerlər 11 mindən çox domenlə kripto fırıldaqçılıq kampaniyasına başlayıblar. İnvestoru varlanacaqlarına inandıran saxta reklamlar hazırlayan, məşhur adları reklam siması kimi istifadə edən xakkerlər onlardan yalnız 250 avro yatırmalarını istəyir.
Saxta kripto investisiya saytında qeydiyyatdan keçən və təbii olaraq saxta qazanc əldə edən investorlar istifadəçinin nağd pul çıxarmasının qarşısını alır. Hətta pulu çıxarmaq üçün son dəfə yenidən pul ödəməli olduğunu bildirir.
Şirkət həmçinin bu şəbəkəyə fişinq saytları, məzmun hostları və yönləndiricilər daxil olduğunu qeyd edib. Başqa sözlə, xakkerlər həm Google, həm də sosial media vasitəsilə həvəskar investorları hədəf alırlar.
Kripto fırıldaqçılıq şəbəkəsində 5 mindən çox domenin hələ də aktiv olduğu bildirilib. Group-IB həmçinin bu kampaniyanın Böyük Britaniya, Türkiyə, Almaniya, Hollandiya, Portuqaliya, Polşa, Norveç, İsveç və Çexiya da daxil olmaqla, bir çox ölkələrdə aparıldığını bildirib.