Az | EN

Xiaomi 14 smartfonları təqdim edilib

Cəmil Hüseynzadə
27 Oktyabr 2023 11:37
4388 baxış
Xiaomi 14 smartfonları təqdim edilib

Xiaomi yeni Xiaomi 14, Xiaomi 14 Pro modellərini və HyperOS əməliyyat sistemini təqdim edib.

Xiaomi 14 Pro-nun titan versiyası, arxa korpus 99% saf titandan ibarətdir. Bu model 16 GB RAM, 1 TB yaddaş, 6,73 düymlük 2K AMOLED ekran, 120 Hz yeniləmə tezliyi, 3000 nits parlaqlıq, HDR10+ və Corning Glass Victus qoruyucu xüsusiyyətləri ilə təchiz olunub. O, Qualcomm-un Snapdragon 8 Gen 3 prosessorundan istifadə edir və 4,880 mAh batareya ilə 120 Vt sürətli simli, 50 Vt simsiz enerji doldurmanı dəstəkləyir.

Xiaomi 14 modeli Snapdragon 8 Gen 3 prosessoruna malikdir və Leica ilə əməkdaşlıqda hazırlanmış kameralara malikdir. Bu kameralara 1 düymlük Sony 50 Meqapiksellik əsas sensor, 50 Meqapiksellik ultra geniş bucaqlı və telefoto sensorlar daxildir.

Qeyd edək ki, cihazlar Xiaomi HyperOS əməliyyat sistemi üzərində işləyəcək. Yeni əməliyyat sistemi “Xiaomi” şirkətinin smartfonlarında, ağıllı ev cihazlarında və avtomobillərində görünəcək.

“Xiaomi 14” modeli ağ, qara və yaşıl, “Xiaomi 14 Pro” isə ağ qara, yaşıl və çəhrayı rənglərdə mövcuddur. 

Qiymətlərinə gəldikdə isə; Xiaomi 14 qiymətləri: 8/256 Gb – $545; 12/256 Gb – $585; 16/512 Gb – $625; 16/1 Tb – $680.

Xiaomi 14 Pro” qiymətləri: 12/256 Gb – $680; 16/512 Gb – $750; 16/ 1 Tb – $820.

© copyright 2022 | tech.az | info@tech.az