Az | EN

Xiaomi-nin elektrikli avtomobilinin təqdimat tarixi açıqlanıb

Bənövşə Kazımova
15 Fevral 2023 13:45
521 baxış
Xiaomi-nin elektrikli avtomobilinin təqdimat tarixi açıqlanıb

Xiaomi 2024-cü ildə "Xiaomi Pilot" avtonom idarəetmə sistemi ilə təchiz ediləcək ilk elektrikli avtomobilini təqdim etməyi planlaşdırır.

Belə ki, avtomobil üzərində işləyən tərtibatçı komandası gələn ilin birinci rübündə kütləvi istehsala keçməyi istəyir. Avtonom idarəetmə təşəbbüsünün birinci mərhələsində Çində 140-dan çox avtomobilin sınaqdan keçirilməsi planlaşdırılır. 

Xiaomi avtomobili Modena kod adlı tam elektrik sedan olacaq. Əvvəllər nəqliyyat vasitəsinin 22 min ilə 29 min dollar arasında olacağı gözlənilirdisə, indi bu qiymət 40 min dollara yüksəlib. Açıqlanan məlumata görə, avtomobil hər birində Qualcomm 8295 çipi ilə birlikdə üç versiyada təqdim olunacaq.

Şirkət ilk 5-liyə daxil olmaq üçün ildə 10 milyondan çox elektrikli avtomobil satmağı hədəflədyir. Hətta bildirilir ki, elektrikli avtomobil seqmenti inkişafın pik nöqtəsinə çatdıqda bu bazarın 80 faizinə 5 marka liderlik edəcək və Xiaomi də onlardan biri olacaq.

© copyright 2022 | tech.az | info@tech.az