Az | EN

Xiaomi SU7 Ultra idman avtomobilinin prototipini təqdim edib

Cəmil Hüseynzadə
22 İyul 2024 11:21
296 baxış
Xiaomi SU7 Ultra idman avtomobilinin prototipini təqdim edib

Bu idman avtomobili 2023-cü ildə təqdim edilmiş SU7 modelinə əsaslanır, lakin spoyler, idman təkərləri, kuzov dəstləri və yeni əyləclər əlavə etməklə SU7 Ultra 1548 at gücünə qədər güc qazanan avtomobildir. O, 0-dan 100 km/saata 1,97 saniyəyə, 200 km/saata isə 5,96 saniyəyə sürətlənir, maksimal sürəti 350 km/saatdır. 100 km/saatdan dayanarkən əyləc məsafəsi 25 metr, avtomobilin çəkisi isə 1900 kq-dır.

SU7 Ultra 2024-cü ilin oktyabrında Almaniyanın Nürburqrinq yarışında yarışacaq. Onun seriyalı olub-olmayacağı və istehsalına nə vaxt başlanacağı hələ dəqiqləşdirilməyib. Xiaomi 2023-cü ilin sonunda ilk elektrik avtomobilini təqdim etdi. SU7 modeli 100 km/saat həddinə 5,28 saniyəyə sürətlənir, maksimal sürəti 210 km/saat, məsafəsi isə 700 km-dir. SU7 Max versiyası 100 km/saat həddinə 2,78 saniyəyə sürətlənir, maksimal sürəti 265 km/saat və məsafəsi 800 km-dir.

© copyright 2022 | tech.az | info@tech.az