Az | EN

Xiaomi uşaqlar üçün ağıllı saat hazırlayıb

Cəmil Hüseynzadə
27 Oktyabr 2023 17:18
711 baxış
Xiaomi uşaqlar üçün ağıllı saat hazırlayıb

Xiaomi uşaqlar üçün Phone Watch U1 Pro adlı ağıllı saat hazırlayıbş Xiaomi Phone Watch U1 Pro smart saatı uşaqlar üçün məktəb yardımçısı kimi hazırlanıb. Belə ki, satda Proqram dəstəyi, ani tərcümə və ensiklopediya kimi xüsusiyyətlər mövcuddur.

Xiaomi Phone Watch U1 Pro modeli çox inkişaf etmiş ağıllı saatdır. 4G bağlantısı olan ağıllı saat 4 GB yaddaşa və 2 MP ön kameraya malikdir. Video zənglər edə bilən saat XiaoAI köməkçisi ilə ensiklopediyaları araşdıra və lüğətə baxa bilər. Həmçinin, İngilis-Çin səsli tərcüməsi də mövcuddur.

Uşaqların virtual köməkçisinə çevrilən Xiaomi Phone Watch U1 Pro modeli 950mAh batareyası ilə uzun istifadə müddəti təqdim edir. WeChat, QQ və AliPay kimi proqramların da yer aldığı ağıllı saatın qiyməti 137 dollardır.

© copyright 2022 | tech.az | info@tech.az