Rusiyada maraqlı hadisə baş verib. "Yandex.Taxi" xidmətindən çağırılan onlarla taksinin bir ünvana yönləndirilməsi Moskvanın Fili rayonunda nəqliyyatın hərəkətini iflic edib.
Şirkətin verdiyi məlumata görə, bu, xakkerlərin Yandex.Taxi xidmətinə hücumu nəticəsində baş verib. Xakkerlər eyni ünvana onlarla taksi çağırıblar və bütün taksi sürücüləri eyni yerə gediblər. Nəticədə müştərilərini götürməyə gələn onlarla taksi 40 dəqiqə davam edən tıxacın yaranmasına səbəb olub.
Hadisə ilə bağlı Yandex-dən bildirilib ki, kompensasiya məsələsi çox tezliklə həll olunacaq. Digər tərəfdən, şirkət gələcəkdə oxşar hadisələrin qarşısını almaq və bu cür hücumları aşkar etmək üçün alqoritmin artıq hazırlandığını da açıqlayıb.