Az | EN

Yaponiya dekarbonizasiya təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Cəmil Hüseynzadə
11 Noyabr 2024 15:32
332 baxış
Yaponiya dekarbonizasiya təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Yaponiya Azərbaycanla əməkdaşlığa və dekarbonizasiya təcrübəsini bölüşməyə hazırdır.

Bu barədə "Report"a açıqlamasında Yaponiyanın Saytama şəhərinin meri Şimizu Hayato məlumat verib.

“İqlim dəyişikliyinin təsirləri ilə mübarizədə şəhər idarəetməsi eyni dərəcədə vacibdir. Bu məsələdə Azərbaycan şəhərləri ilə əməkdaşlıq etməkdən çox şad olardıq”, - o vurğulayıb.

Ş.Hayato Bakıda keçirilən COP29 konfransının təşkilinin səviyyəsindən razı qaldığını və bu qlobal sammit çərçivəsində mühüm sazişlərin imzalanacağını gözlədiyini qeyd edib: “Bizim 2030-2050-ci illər üçün dekarbonizasiya sahəsində hədəflərimiz var. Bu hədəflərə çatmaq üçün razılaşmalara nail ola biləcəyimizi gözləyirik”.

© copyright 2022 | tech.az | info@tech.az