Yaponiyanın "Hakuto-R" kəşfiyyat proqramı çərçivəsində hazırlanmış kosmik gəmisi ilə əlaqə itib.
Şirkət açıqlamasında bildirib ki, 26 aprel yerli vaxtla saat 01:40 radələrində Ayın səthinə enməsi gözlənilən gəminin eniş cəhdi zamanı qəzaya uğramış ola bilər. Təmas kəsilmədən əvvəl qeydə alınan məlumatlarda kosmik gəmidəki yanacağın tükənməyə yaxın olduğu və eniş sürətinin getdikcə artdığı bildirilir.
Onu da nəzərinizə çatdıraq ki, Yaponiyanın özəl şirkəti tərəfindən hazırlanmış bu kosmik gəmi ilk dəfə Ay səthinə enəcəkdi.