Az | EN

1 milyon dollar mükafatı olan “Dünya Sahibkarlıq Kuboku 2024” qeydiyyatı başlayıb

Cəmil Hüseynzadə
13 İyun 2024 18:58
479 baxış
1 milyon dollar mükafatı olan “Dünya Sahibkarlıq Kuboku 2024” qeydiyyatı başlayıb

“Dünya Sahibkarlıq Kuboku 2024” (EWC – Entrepreneurship World Cup) üçün müraciət qəbulu açıq elan olunur!
“Dünya Sahibkarlıq Kuboku 2024” (EWC – Entrepreneurship World Cup) müsabiqəsi dünyanın 200 ölkəsindən növbəti nəsil sahibkarlara startaplarını beynəlxalq səviyyədə təqdim etmə imkanı yaradacaq. Qalibləe 1 milyon ABŞ dolları məbləğində pul mükafatı fondu, əlavə qeyri-maddi dəstək və investisiya imkanları ilə təmin ediləcək.
Azərbaycandan olan istənilən mərhələdə startapları olan (ideya, erkən və ya inkişaf mərhələsində) yaradıcı və yenilikçi sahibkarlar üçün açıq elan olunur. Sahibkarları 1 iyul tarixinədək https://lnkd.in/dmA9gXS saytı üzərindən qeydiyyatdan keçməyə dəvət edirik!
Müsabiqədə iştirak aşağıdakı mərhələləri əhatə edir:
1) “EWC Accelerates” (İyul 2024) - müraciət edən sahibkarlar onlayn platforma vasitəsilə pulsuz virtual təlim resurslarına çıxış əldə edirlər.
2) “EWC Qualifiers”  (İyul-Avqust 2024) - Həm canlı, həm də virtual olmaqla bütün müraciətlər ilkin olaraq milli müsabiqədə (EWC Azərbaycan Milli Finalı) 
3) “Bootcamp + Group Stage” (Sentyabr-Oktyabr 2024) - Milli və regional səviyyədə seçilən ən yaxşı 250 layihə “EWC Virtual Bootcamp”-a qatılır və EWC 2024 qlobal finalına vəsiqə qazanmaq üçün yarışır.
4) “EWC Global Final” (Dekabr 2024) - Ən yaxşı 100 layihə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda baş tutacaq qlobal finala vəsiqə qazanır. Sahibkarlar intensiv “bootcamp”, mentorluq, qlobal şəbəkəyə qoşulma imkanı, eləcə də, pul mükafatları və biznes imkanları əldə edir. Qaliblərə 1 milyon ABŞ dolları pul mükafatı və biznes imkanları təqdim edilir.
5) “Post-EWC support“ - Finalçılar “GEN Starters Club”-a dəvət edilir və yeni imkanlar qazanmış olur.

2019-cu ildə start götürən “Dünya Sahibkarlıq Kuboku” bu günədək 200 ölkədən 370 min sahibkar və startapçıları öz ətrafında cəmləşdirib və 4 milyon ABŞ dollarından çox pul mükafatı, 256 milyon ABŞ dolları dəyərində isə bonuslar və pulsuz dəstək xidmətləri ilə təmin edib. “Dünya Sahibkarlıq Kuboku” ən iri-həcmli dəstək proqramı kimi hər il sahibkarları təşəbbüslərini reallaşdırmaq üçün lazımi resurslarla təmin edir və startapların bütün mərhələlərdə yüksəlməsinə təkan verir. 
“GEN Azerbaijan” “Dünya Sahibkarlıq Kuboku”-un Azərbaycanda rəsmi təşkilatçısı olaraq ölkə miqyasında sahibkarların yeni biznesə başlamasına və ya mövcud biznesi inkişaf etdirməsinə dəstək missiyasını yerinə yetirir. “GEN Global” ailəsinin parçası olaraq, “GEN Azerbaijan”-ın əsas hədəfi ölkəmizdə sahibkarlığın və sahibkarlıq ekosisteminin inkişafına dəstək göstərməklə fərdlər və icmalar üçün iqtisadi imkanları genişləndirməkdir.

© copyright 2022 | tech.az | info@tech.az