Push30 17–18 sentyabr tarixlərində SABAH.city-də keçirilən Baku ID 2026 innovasiya festivalında iştirak edib. Baku ID startapları, investorları, texnologiya şirkətlərini və innovasiya ekosisteminin nümayəndələrini bir araya gətirən regionun aparıcı innovasiya və startap investisiya platformalarından biridir.
“For a Healthier Future” yanaşması ilə festivalda iştirak edən Push30 sağlam həyat tərzini daha əlçatan etmək və vahid health ecosystem yaratmaq istiqamətində həyata keçirdiyi yenilikləri təqdim edib.
Baku ID-nin əsas səhnəsində Push30-un CEO-su Adil Qasımov çıxış edərək şirkətin inkişafından və tətbiqdə təqdim olunan yeni imkanlardan danışıb. Təqdimat zamanı Booking, 30AI Calorie Tracker, Referral, Add Family Member və Freeze funksiyaları təqdim olunub.
Bu funksiyalar istifadəçilərə məşqləri əvvəlcədən planlaşdırmaq, süni intellekt vasitəsilə qidaların kalori dəyərini izləmək, dostlarını Push30-a dəvət etmək, ailə üzvlərini platformaya əlavə etmək və illik abunəliklərini müəyyən müddətə dondurmaq imkanı yaradır.
Push30-un məqsədi yalnız idman imkanlarına çıxış təqdim etmək deyil, fiziki aktivlik, qidalanma və sağlam vərdişləri bir araya gətirən vahid health ecosystem formalaşdırmaqdır.
Push30 20 tərəfdaşını mükafatlandırıb
Festival çərçivəsində Push30 tərəfindən xüsusi mükafatlandırma mərasimi də keçirilib. Şirkətlə əməkdaşlıq edən və əməkdaşlarının sağlamlığına, fiziki aktivliyinə və rifahına töhfə verən 20 şirkət və təşkilat müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Mükafatları şirkətlərin nümayəndələrinə Push30-un CEO-su Adil Qasımov təqdim edib.
Mükafatlandırılanlar arasında PAŞA Bank, SOFAZ, SOCAR, UBOC, Bir Ecosystem, ETİHİ, ABB, Azerconnect Group, AZAL, Deloitte, AzerGold, KPMG, R.I.S.K. IT, Kazakhstan Tennis Federation Public Association, Mastercard, Qala Insurance, PAŞA Insurance, Baku Steel Company və Azercell yer alıb.
Nominasiyalar əməkdaşların aktivliyi, sağlam həyat təşəbbüsləri, innovativ yanaşmalar, uzunmüddətli tərəfdaşlıq və sağlamlıq ekosisteminin inkişafına verilən töhfə kimi müxtəlif istiqamətləri əhatə edib.
Baku ID 2026-da iştirakı ilə Push30 texnologiya, biznes və sağlam həyat tərzini bir araya gətirərək daha sağlam gələcək üçün vahid ekosistem yaratmaq istiqamətində inkişafını davam etdirdiyini nümayiş etdirib.
