Az | EN

11 Startap "Startap şəhadətnaməsi" alıb

Cəmil Hüseynzadə
14 Sentyabr 2023 15:16
870 baxış
11 Startap "Startap şəhadətnaməsi" alıb

Daha 11 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Şəhadətnamə almış KOB subyektlərindən hamısı mikro, 3-ü qadın sahibkardır. Layihələrin əksəriyyəti xidmət sektorunu əhatə edir. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnamələri "Think" MMC-nin gözəllik xidməti və məhsulların satışı üçün onlayn marketpleys, "Hellojob" MMC-nin onlayn iş elanları platfoması, Ramil Qədirovun saxlama seyflərinin avtomatik idarə edilməsi üçün aparat-proqram kompleksi, "S2J İNC." şirkətinin avtomobil paylaşımı (icarə) üçün mobil tətbiqi, "Allin.Us" MMC-nin onlayn sorğu platforması, "Mərtəbələr" MMC-nin daşınmaz əmlak alqı-satqısının asanlaşdırılması üçün elektron platforması, "Telsat" MMC-nin mobil telefonların satışı üzrə onlayn platforması, “Hirpo” MMC-nin işçilərin xidməti fəaliyyətinin ölçülməsi və idarə edilməsi platforması, “Flash Expo” MMC-nin sərgi və yarmarkalarda iştirakın məsafədən təşkili üçün onlayn platforması, "All Fitness" MMC-nin fitness klublara abunəlik və dəqiqə hesabı qoşulmaq üçün platforması və "Metatesk" MMC-nin onlayn təhsil platforması layihələrinə təqdim edilib.

Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 105-ə çatıb.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

 

© copyright 2022 | tech.az | info@tech.az