"Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.
O qeyd edib ki, süni intellektlə bağlı məsələlərin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir. “Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər”, - deyə Allahşükür Paşazadə bildirib.
APA
