Süni zəka gün keçdikcə həyatımızın hər sahəsinə daxil olur. Bu gün ağlınıza belə gəlməyəcək bir texnologiyadan danışacağıq. Süni zəka ilə təkər dəyişdirən RoboTire. O avtomobilin bütün təkərlərini 23 dəqiqədə dəyişə bilir. Bu, ilk baxışdan uzun müddət kimi görünə bilər amma təkər ustası bu prosesi 40-45 dəqiqə ərzində edir. Bir sözlə, RoboTire professional ustadan daha sürətlidir.
O süni zəka proqramı sayəsində ilk olaraq avtomobilin modelini tanıyır. Robot avtomobili müəyyən etdikdən sonra təkər ölçülərini və şinlər arasındakı məsafəni təhlil edərək prosesə başlayır.
RoboTire zaman keçdikcə sürətlə təkmilləşir. Təkər sexində sınaqları davam etdirilən robot hər gün yeni avtomobil və təkər növü ilə qarşılaşaraq yaddaşındakı model və texnikaların sayını artırır.