Az | EN

400 milyon Twitter istifadəçisinin məlumatları satışa çıxarılıb

Bənövşə Kazımova
26 Dekabr 2022 11:44
360 baxış
400 milyon Twitter istifadəçisinin məlumatları satışa çıxarılıb

Sosial media platformalarına edilən hücumlara yenisi əlavə edilib. Bir qrup haker 400 milyon Twitter istifadəçisinin telefon nömrələri və e-poçt ünvanları kimi bəzi ciddi məlumatları ehtiva edən faylı satışa çıxarıb.

Bildirilir ki, Donald Tramp və Ethereum qurucusu Vitalik Buterin kimi tanınan şəxslərin məlumatlarını ehtiva edən məlumatlar 2022-ci ilin əvvəlində ələ keçirilib. 400 milyon Twitter istifadəçisinin məlumatlarını satmağa çalışan hakerlər bu məlumatları bu ilin əvvəlində Twitter-dəki yaranmış boşluqdan istifadə edərək əldə etdiklərini deyirlər.

Həmçinin forumda satışa çıxarılan məlumatlar üçün İlon Maska xüsusi təklif də edilib. Hakerlər sözügedən məlumatların başqasının əlinə keçməməsi üçün İlon Maskdan 276 milyon dollar istəyirlər. 
 

© copyright 2022 | tech.az | info@tech.az