Az | EN

4SİM yerli startapları və innovatorları qlobal karbon çağırışına dəvət edir

Cəmil Hüseynzadə
12 İyul 2024 17:15
239 baxış
4SİM yerli startapları və innovatorları qlobal karbon çağırışına dəvət edir

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin (4SİM)  Dünya İqtisadi Forumunun (DİF) müvafiq platformaları ilə əməkdaşlığı çərçivəsində  yerli startapları və innovatorları DİF-in Resurs Sistemləri və Dayanıqlıq Proqramı və UpLink platformasının elan etdiyi qlobal karbon çağırışında iştirak etməyə dəvət edirik.

Yarışma iştirakçıları tutulan karbon qazının təkrar istifadəsi və emalı üçün öz həllərini təklif etməlidir.

İqtisadiyyatın karbonsuzlaşdırılması və Sıfır emissiyaya nail olmaq üçün Dairəvi Karbon İqtisadiyyatı strategiyasına uyğun olaraq bu çağırış 3 istiqamətdə həllərə açıqdır:

 Karbon tutma texnologiyaları (dəyər zəncirinin aşağı hissəsində karbonun istifadəsini dəstəkləyən həllər)

 Karbondan təkrar istifadə üçün proqramların yaradılması (yanacaq, kimya və tikinti materialları kimi sektorlarda)

 Sənaye inteqrasiyası həlləri (karbon tutma və təkrar emalı üçün sənaye obyektlərini təkmilləşdirən həllər)

Müsabiqədə 10-dan 20-ə qədər innovativ həll qalib seçiləcək.

Qaliblər DİF tərəfindən TOP İnnovatorlar kimi tanınacaq və rəhbər şəxslər üçün nəzərdə tutulmuş UpLink İnnovasiya Ekosistemi proqramından faydalana biləcəklər. Onlar həmçinin Dünya İqtisadi Forumunda və tərəfdaşların rəhbərlik etdiyi tədbirlərdə, layihələrdə və icmalarda iştirak etmək imkanı qazanacaqlar.

 Bütün bunlardan əlavə, qaliblər ümumi fondu 300,000 İsveçrə frankı olan mükafatı öz aralarında böləcəklər.

 Müsabiqənin qrafiki

12 sentyabr 2024: Həllərin təqdim olunması üçün son tarix

12 sentyabr – 7 noyabr 2024: Həllərin yoxlanılması və seçim prosesi

11 noyabr 2024: Qaliblərin elan olunması

 İştirak üçün: https://t.ly/Oh8Zb

© copyright 2022 | tech.az | info@tech.az