Az | EN

500 Emerging Europe yeni adıyla e2vc olaraq yenidən markalaşdı

Cəmil Hüseynzadə
18 Noyabr 2024 16:27
79 baxış
500 Emerging Europe yeni adıyla e2vc olaraq yenidən markalaşdı

İstanbul mərkəzli e2vc, yeni kimliyi ilə tamamilə müstəqil bir qurum olaraq 500 Global strukturundan ayrıldı.  

2016-cı ildə 500 Global-in tərkibində 500 İstanbul adı ilə qurulan, daha sonra 2021-ci ildə 70 milyon avroluq ikinci fondu ilə adını dəyişərək 500 Emerging Europe olaraq Avropa və regionumuza xas yeni vizyonunu təqdim edən şirkət, bu dəfə yenidən kimliyini yeniləyərək e2vc adı ilə markalaşdı.  

İlk gündən əməliyyatlarını müstəqil şəkildə həyata keçirməsinə baxmayaraq, 500 Global-ə bağlı olan şirkət, e2vc adı ilə tamamilə müstəqil qurum halına gəldi.  

Yeni kimliyi ilə Emerging Europe (İnkişafda olan Avropa) vizyonunu davam etdirən və regiondakı startapların qlobal arenada böyüməsini prioritet olaraq müəyyənləşdirən VC, 2016-cı ildə qurduğu ilk fondu ilə 28 aktiv şirkəti əhatə edən bir portfel yaratmışdı. Bu 28 şirkətdən üçü hazırda unicorn statusundadır. İlk fond üzərində qurulan və 70 milyon avro dəyərində olan ikinci fond 2021-ci ildə elan edildi. Hazırda şirkətin bütün aktiv yatırımları bu ikinci fond vasitəsilə həyata keçirilir.  

İstanbul mərkəzli e2vc-nin investisiya strategiyası əsasən ilkin mərhələdə olan (fikir və toxum mərhələsi) layihələrə 1 milyon dollarlıq yatırımlar etməyə əsaslanır. Startapların ən çox resurs ehtiyacı duyduğu məqamlarda həyata keçirilən bu yatırımlar, e2vc-ni əsasən sürətləndirici proqramlarına fokuslanan 500 Global-dən fərqləndirir.  

Regionun potensialı ilə bağlı açıqlama verən e2vc-nin təsisçi ortaqlarından Enis Hulli belə deyib:  
Emerging Europe, yerli uğurlar əvəzinə qlobal oyunçular yetişdirən unikal bir bölgədir." 

Digər təsisçi ortağı Arın Özkula isə bunları əlavə edib:  
"e2vc olaraq missiyamız, bu fövqəladə sahibkarları qlobal səviyyəyə çıxarmaq və dünya miqyasında uğur hekayələrinin yalnız bir coğrafiya ilə məhdud olmadığını göstərməkdir."

© copyright 2022 | tech.az | info@tech.az