Az | EN

ABŞ administrasiyası TikTok razılaşmasına görə 10 milyard dollar əldə edəcək

Cəmil Hüseynzadə
16 Mart 2026 11:52
52 baxış
ABŞ administrasiyası TikTok razılaşmasına görə 10 milyard dollar əldə edəcək

ABŞ administrasiyası TikTok tətbiqinin ölkədə fəaliyyətini davam etdirməsi ilə bağlı razılaşma çərçivəsində ümumilikdə 10 milyard dollar əldə edə bilər. Bu barədə The Wall Street Journal məlumat yayıb.

Məlumata görə, sosial şəbəkənin ABŞ bölməsinə sərmayə qoyan investorlar — o cümlədən Oracle, Silver Lake və Abu-Dabidən olan MGX — tətbiqin ABŞ-da fəaliyyətini qorumaq üçün hökumətə bir neçə milyard dollar ödəməyə razılaşıblar.

Mənbələrin bildirdiyinə görə, investorlar artıq ABŞ Maliyyə Nazirliyinə 2,5 milyard dollar ödəyiblər. Qalan məbləğin isə bir neçə mərhələdə köçürülməsi planlaşdırılır və ümumi ödəniş 10 milyard dollara çatacaq.

2026-cı ilin yanvarında ByteDance şirkəti TikTok-un ABŞ bölməsinin amerikalı investorlara satılması barədə razılıq əldə edib. Razılaşmanı elan edən ABŞ prezidenti Donald Trump bildirib ki, bu saziş nəticəsində ABŞ həm böyük məbləğ, həm də komissiya əldə edəcək.

© copyright 2022 | tech.az | info@tech.az