Az | EN

ABŞ-da daşına bilən nüvə mikroreaktorlarının kütləvi istehsalına 380 milyon dollardan çox sərmayə qoyulacaq

Cəmil Hüseynzadə
23 Noyabr 2026 09:19
21 baxış
ABŞ-da daşına bilən nüvə mikroreaktorlarının kütləvi istehsalına 380 milyon dollardan çox sərmayə qoyulacaq

ABŞ-ın Radiant şirkəti yük maşını ilə daşına bilən, 1 meqavat gücündə Kaleidos nüvə mikroreaktorlarının kütləvi istehsalına başlamaq üçün Kaliforniya və Tennessi ştatlarındakı istehsal müəssisələrinə 380 milyon dollardan çox investisiya yatırmağı planlaşdırır.

Layihəyə əsasən, reaktorların yığılması Kaliforniyadakı müəssisədə həyata keçiriləcək. Tennessi ştatındakı zavod isə qurğuların müştərilərə göndərilməzdən əvvəl yanacaqla doldurulmasını təmin edəcək. Bu yanaşma reaktorların quraşdırılması prosesini asanlaşdıracaq.

Şirkət ilk tədarüklərə 2028-ci ildə başlamağı, istehsal gücünü isə ildə yüzlərlə reaktora çatdırmağı hədəfləyir.

Radiant ABŞ Quru Qoşunlarından 15 reaktorun tədarükü üçün 750 milyon dollara qədər dəyəri olan müqavilə əldə edib. Şirkət, həmçinin məlumat mərkəzlərinin operatoru Equinix ilə 20 reaktorun tədarükünə dair razılaşma imzalayıb.

İlk reaktorunun istehsalını tamamlayan Radiant hazırda Idaho Milli Laboratoriyasında tammiqyaslı sınaqlara hazırlaşır. Şirkət istehsal planlarını dəstəkləmək üçün yanacaq təchizatı ilə bağlı müqavilələr də bağlayır.

© copyright 2022 | tech.az | info@tech.az