Az | EN

ABŞ Twitter-də daxili sənədləri nəzərdən keçirmək qərarına gəlib

Bənövşə Kazımova
09 Mart 2023 13:39
333 baxış
ABŞ Twitter-də daxili sənədləri nəzərdən keçirmək qərarına gəlib

ABŞ artan məxfilik və təhlükəsizlik narahatlıqları fonunda Twitter-dən işdən çıxarılma ilə bağlı sənədlər tələb edib.

İlon Mask Twitter-də vəzifəyə gələndən sonra şirkətin 7500 civarında olan işçi sayı 50 faizdən çox ixtisardan sonra kəskin şəkildə azalıb. Son məlumata görə, Twitter-in işçilərinin sayı 2000-dən aşağı düşüb.

ABŞ Federal Ticarət Komissiyası (FTC) artan məxfilik və təhlükəsizlik narahatlıqları fonunda Twitter-dən son işdən çıxarılmalarla bağlı sənədləri paylaşmağı xahiş edib. Məsələ ilə bağlı açıqlama verən Mask bu kimiməaələlərdə federal qurumların silah kimi istifadə edilməsinin çox gülməli olduğunu qeyd edib.

Bildirək ki, prosesin sonunda şirkətin milyonlarla dollar cərimələnməsi ehtimal edilir.

© copyright 2022 | tech.az | info@tech.az