Az | EN

Adobe Figma-nı satın almaqdan geri çəkilib

Cəmil Hüseynzadə
18 Dekabr 2023 23:08
231 baxış
Adobe Figma-nı satın almaqdan geri çəkilib

Bazar tənzimləyici orqanlarının təzyiqlərindən boğulan Adobe, Figma satın alma prosesindən çəkildiyini açıqlayıb. Müqavilənin ləğvi ilə əlaqədar Figma-ya 1 milyard dollar ödəniləcək.

Adobe bazardakı ən böyük rəqiblərindən biri olan Figma-nı almaq üçün razılığa gəlmişdi. Şirkətin 20 milyard dollarlıq təklifi də Figma tərəfindən qəbul edilmişdi. Xüsusilə, Avropa İttifaqı və Böyük Britaniya bu alışı antiinhisar qanunları baxımından araşdırıb və hələ ki, təsdiq etməmişdi. 

Müqavilənin ləğvinə görə Adobe Fiqma-ya 1 milyard dollar təzminat ödəyəcək.

Adobe baş icraçı direktoru Shantanu Narayen "Adobe və Figma son tənzimləyici tapıntılarla qəti şəkildə razılaşmır, lakin biz müstəqil şəkildə davam etməyin ən yaxşı maraqlarımıza uyğun olduğuna inanırıq" sözlərini deyib.

"Adobe və Figma, yaradıcılıq və məhsuldarlığın gələcəyini birlikdə formalaşdırmaq vizyonunu paylaşdıqlarını" söyləyən Narayen, hələ də bazarda yaxşı mövqe tutmuş şirkətləri qarşısında nəhəng bazarın təqdim etdiyi imkanlara diqqət yetirəcəklərini vurğulayıb.

Tənzimləyici orqanlar Adobe-nin dizayn proqram təminatı bazarında demək olar ki, monopoliyaya malik olduğunu bildirərək və bunun rəqabətə zərər verəcəyini bildirərək müqaviləni təxirə salmışdılar. Hazırda Adobe-nin XD platformasından daha yaxşı vəziyyətdə olan Figma-nın Adobe-yə ötürüləcəyi təqdirdə bu sahədə mümkün yeniliklərin zədələnəcəyindən qorxan AB və Böyük Britaniya səlahiyyətliləri müqavilənin təsdiq prosesini uzadıblar.

Əgər bu satınalma reallaşsa idi Adobe Figmaya 20 milyard dollar ödəyəcəkdi.

© copyright 2022 | tech.az | info@tech.az