Bakıda “Fikir” co-working mərkəzinin yeni filialı fəaliyyətə başlayıb. Şirkət özünün üçüncü filialını şəhərin ən sürətlə inkişaf edən ərazilərindən biri olan Ağ Şəhərdə açaraq co-working şəbəkəsini daha da genişləndirib.
Mərkəzin əsas məqsədi paytaxtın mərkəzində sərbəst işləmək imkanı axtaran şəxslərə, startap komandalarına və kiçik bizneslərə rahat və əlçatan iş mühiti təqdim etməkdir. Burada istifadəçilərə tam təchiz olunmuş fərdi iş masaları, müasir ofis otaqları, iclas və görüş zalları, yüksək sürətli internet və digər zəruri xidmətlər təklif olunur.
Yeni filial həmçinin gənc sahibkarlar və mütəxəssislər üçün şəbəkələşmə, ideya mübadiləsi və əməkdaşlıq imkanları yaradır. Beləliklə, “Fikir” co-working mərkəzi Ağ Şəhərdə həm iş mühitinə çeviklik gətirməyi, həm də şəhərdə innovativ iş ekosisteminin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyur.