Soyuq savaş davam edir. Deyəsən, çox iddialı səsləndi. Bəlkə də çayxana söhbəti kimi səsləndi, hə? Amma həqiqətdir. Bu dəfə tərəflər fərqlidir: ABŞ və Çin. Qəribə zidiyyətli fonda hadisələr cərəyyan edir.
Mən çox xəbər oxuyan biriyəm. Qocalmışam yəqin, ya da işimin bir hissəsi olduğu üçün ola bilər. Bilmirəm nədəndir. Amma son oxuduğum bütün xəbərlərdə Çin haqqında nələrsə yazılır. Hiss etdiyim tək şey odur ki, soyuq savaş gedir.
ABŞ Çinlə texno-savaşda çinli alimlərin əməyindən istifadə edir. Eynilə Sovet imperiyası ilə kosmik savaşda almanlardan istifadə etdiyi kimi. Amma bu göründüyü qədər asan proses deyil. Bu proses getdikcə çətinləşir, gərginləşir. Belə ki, Çin bir müddətdir talantları cəlb etmək üçün müxtəlif proqramlar həyata keçirir. Pekinin illərdir davam edən “beyin axınını tərsinə çevirmək” səyləri nəticə verməyə başlayıb. İstedadları ölkəsinə geri çağırır, onlar da gedirlər. Vətəndir, niyə getməsinlər, yoxsa ABŞ-ni qoyub niyə Çinə gedirlər?
Stanford Universitetinin araşdırmasına görə 2010-2021-ci illər ərzində 19 955 çinli alim Amerikadan Çinə köçüb. Onlar arasında aprılan soruğu göstərib ki, ABŞ-də qalmaqdan artıq qorxurlar. Təzyiqlərə məruz qalma, bullinq, açıq təhdidlər və s. səbəbdən onlar təhlükə hiss edirlər. Buna görə də bir çoxu artıq Çinə köçüb. Ju Lin adlı şəxs açıqlamasında bildirib ki,
2004-cü ildə təhsil üçün ABŞ-a getdim, amma 2008 böhranı avtomobil sənayesini çökdürdü. Hər dəfə Çinə qayıdanda inanılmaz inkişaf görürdüm. 2011-də qərar verdim – qayıtdım.Geely-də 10-a yaxın avtomobil layihəsində iştirak etdim. Avropada və ya Amerikada bir mühəndisin 10 ildə bu qədər layihəyə rəhbərlik etməsi mümkün deyil. Mənim üçün bu, həyatımın ən doğru qərarı idi.
Tədqiqat şirkəti MacroPolo-nun 2023-cü il hesabatına görə, dünyanın ən yaxşı Sİ mütəxəssislərinin təxminən yarısı Çindəndir. ABŞ-da son aylarda Çin vətəndaşlarına qarşı vizalarla bağlı məhdudiyyətlər artırılıb. ABŞ-da viza məsələlərinin çətinləşməsi, təzyiqlər artması səbəbindən təhsil alan Çinli tələbələrin sayı azalıb. Hindistanlıların sayı artıb. OpenAI kimi şirkətlər hindistanlılara daha çox “bet“ edirlər. Nvidia-nın təsisçisi Censen Huanq bildirib ki, “dünyadakı Sİ tədqiqatçılarının 50%-i Çinlidir və bu, oyunun qaydalarını dəyişir.”
Çin isə vizanı asanlaşdırdı. Amerikanın tətbiq etdiyi talan vizasının anloqu K vizasını bu ay təqdim etdi. Şərtlər daha asandır, imtiyazlar daha çoxdur. İş dəvətin olmasa belə Çinə gedib yaşaya bilərsən. Sürətlə irəliləyən Çin Sovet imperiyasının 1945-ci ildən sonrakı vəziyyətini xatırladır. Brookings Institution-un məlumatına görə, 2019-cu ildə dünyanın ən yaxşı Sİ istedadlarının 11%-i Çində idisə, 2022-ci ildə bu göstərici 28%-ə yüksəlib.

Sözüm məclisən kənara, Silikon Vadisində Çin və Rus xəfiyyə qadınların çoxluq təşkil etdiyi və əməlli işlədikləri bildirilir. Casus qadınlar, Big Techlərdə işəyən kişiləri torların salmaqla, yataq münasibətinə cəlb etməklə fəaliyyət göstərirlər. Fədakarlıq. Bu hadisələrin cərəyan etdiyi Silikon Vadisində gərginlik qaçınılmazdır.
Çətinləşən siyası vəziyyətdə və viza problemlərinə görə çinlilər vətənə qayıtmağı daha üstün tuturlar. Bu soyuq savaşın nəticəsidir ki, Çin süni intellekt modeli “Deepseek”i 294 000$ hazırladığını bildirmişdi. Həqiqətən belə ucuz olduğuna adam inana bilmir.
Elə bilirsiz, tək məsələ Çindir. Xeyr! Ümumiyyətlə dünyada talant əskikliyi var. Bir çox Big Tech şirkətlər süni intellekt alimləri tapmaqda və cəlb etməkdə çətinlik çəkirlər. Ciddi çətinlik fonunda alimlər CEO-lar qədər maaş alırlar. Bu problemi həll etmək üçün artıq talantaların tapılması, izlənilməsi və inkişafı üzrə xüsusi proqramlar başladılır. Ümid və dua edirəm ki, bu proqramlar talanların tapılması üçün ciddi və uzunmüddətli olar.
Soyuq savaş davam edir. Hər iki Sİ ilə savaşdır: Sİ Cinpin və Süni intellekt.
Artıq soyuq savaş başqa səviyyəyə keçir. Dünyada yeni alternativ yaranır, inkişaf edir və çağırır. Görək necə olacaq. “China dream”. Dünya dəyişir, vərdişlərimiz dəyişir.
