Az | EN

Anthropic yeni Claude Opus 4.8 modelini təqdim etdi

Cəmil Hüseynzadə
29 May 2026 13:39
68 baxış
Anthropic yeni Claude Opus 4.8 modelini təqdim etdi

Anthropic yeni flaqman modeli Claude Opus 4.8-i təqdim edib. Şirkət bu dəfə əsas diqqəti modelin “dürüstlüyünə” və cavabların etibarlılığına yönəldib.

Anthropic bildirir ki, Claude Opus 4.8 əvvəlki versiya ilə müqayisədə kod yazarkən etdiyi səhvləri təxminən 4 dəfə daha az gizlədir. Model cavabdan əmin olmadıqda bunu daha tez-tez etiraf edir və təsdiqlənməmiş məlumatları fakt kimi təqdim etməkdən daha çox çəkinir.

Şirkətin açıqladığı test nəticələrinə görə, model təhlükəsizlik və istifadəçi maraqlarına uyğun davranış baxımından da daha yüksək göstəricilər əldə edib.

Benchmark testlərində Claude Opus 4.8 yeddi testdən altısında lider olub. SWE-Bench Pro proqramlaşdırma testində model 69,2% nəticə göstərərək GPT-5.5 və Gemini 3.1 Pro-nu geridə qoyub.

Yeniləmə ilə birlikdə Claude çat-botuna yeni “effort” (“səy”) ayarı da əlavə olunub. İstifadəçilər artıq modelin tapşırıq üzərində nə qədər resurs sərf etməsini seçə biləcəklər. Daha sürətli rejim əvvəlki versiyalarla müqayisədə təxminən 2,5 dəfə daha sürətli işləyir və daha ucuz başa gəlir.

Bundan əlavə, Claude Code platformasında “dinamik iş prosesləri” funksiyası istifadəyə verilib. Bu sistem süni intellekt agentinə uzun və çoxmərhələli tapşırıqları planlaşdırmağa, eyni sessiyada yüzlərlə paralel alt-agent işlətməyə imkan yaradır.

© copyright 2022 | tech.az | info@tech.az