Az | EN

Telegram mətn formatlama üçün yeni alətləri test edir

Cəmil Hüseynzadə
29 May 2026 13:21
54 baxış
Telegram mətn formatlama üçün yeni alətləri test edir

Telegram messenceri mətn formatlama imkanlarını genişləndirməyə hazırlaşır. iOS üçün beta versiyada başlıqlar, cədvəllər, formulalar, siyahılar və yeni sitat formatı kimi funksiyalar aşkarlanıb.

Məlumata görə, yeniliklər Markdown adlı işarələmə dili əsasında işləyir. Bu sistem istifadəçilərə xüsusi simvollar vasitəsilə mətni daha rahat formatlamağa imkan verir.

Yeni funksiyaların nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı hələ açıqlanmayıb. Yaxın zamanda onların Android versiyasında da test ediləcəyi bildirilir.

Hazırda Telegram-da qalın və kursiv yazı, hiperlink, sitat və kod blokları kimi əsas formatlama alətləri mövcuddur.

© copyright 2022 | tech.az | info@tech.az