Az | EN

Fransız startapından “rəqəmsal detoks” cihazı: iPhone tətbiqlərini bloklayır

Cəmil Hüseynzadə
29 May 2026 14:52
58 baxış
Fransız startapından “rəqəmsal detoks” cihazı: iPhone tətbiqlərini bloklayır

Fransanın Norma startapı smartfon asılılığı ilə mübarizə üçün maraqlı cihaz təqdim edib. Paslanmayan poladdan hazırlanan NFC-disk iPhone-a toxundurulduqda istifadəçinin seçdiyi tətbiqləri — xüsusilə sosial şəbəkə və oyunları müvəqqəti bloklayır.

Şirkətin məqsədi istifadəçilərin “doomscrolling” adlanan fasiləsiz sosial media izləmə vərdişindən uzaqlaşmasına kömək etməkdir. Bloklanan tətbiqlərin siyahısını və qənaət edilən vaxtı Norma tətbiqi vasitəsilə izləmək mümkündür. İstifadəçi NFC-diskini itirdikdə isə tətbiq üzərindən təcili açılış etmək olur.

Cihazın qiyməti 60 avrodur. Android dəstəyi isə hələlik mövcud deyil.

© copyright 2022 | tech.az | info@tech.az