Az | EN

Apple Çin Süni İntellektini gücləndirmək üçün Alibaba ilə əməkdaşlıq edib

Nigar Sultanli
13 Fevral 2025 11:10
56 baxış
Apple Çin Süni İntellektini gücləndirmək üçün Alibaba ilə əməkdaşlıq edib

Apple Çindəki cihazlarında öz süni intellekt texnologiyasını tətbiq etmək üçün Alibaba ilə əməkdaşlıq edib. Bu, Çin hökumətinin tələbi idi və yalnız bu əməkdaşlıq sayəsində Apple-ın süni intellekti bölgədə fəaliyyət göstərə bilirdi.

Əvvəlcə Apple Baidu ilə əməkdaşlıq etməyi düşünürdü, amma Baidu-nun süni intellekti gözlənilən səviyyədə olmadığı üçün bu əməkdaşlıqdan imtina edilib. Apple Alibaba-nın Qwen süni intellektini böyük bir fürsət olaraq görüb. Məlumatlara görə, Alibaba Çin sakinləri haqqında topladığı geniş məlumat sayəsində Apple-a öz xidmətlərini daha fərdiləşdirərək yerli bazarda daha rəqabətli olma imkanı verəcək.

Apple DeepSeek-i də mümkün tərəfdaş olaraq qiymətləndirmişdi, amma DeepSeek-in böyük miqyaslı əməliyyatlarda kifayət qədər təcrübəsi və kadr potensialı olmadığı üçün bu əməkdaşlıqdan da imtina edilib.

© copyright 2022 | tech.az | info@tech.az