Apple müqaviləli işçilərinin çoxunu işdən çıxarıb. Şirkət həmin işçilərin müqavilə müddətinin bitməsini gözləməyib.
“The New York Post” xəbər agentliyinin verdiyi məlumata görə, işdən çıxarılanlara kənar agentliklər tərəfindən işə götürülən və layihələrdə şirkətin əməkdaşları ilə işləyən şəxslər aiddir.
Apple-ın texniki dəstək və müştəri xidməti kimi sahələrdə çoxlu sayda müqaviləli işçisi olduğu bildirilir. Xatırladaq ki, bu yaxınlarda açıqlama verən Apple CEO-s Tim Kuk xərcləri idarə etmək üçün fərqli yollar tətbiq edəcəklərini və işdən çıxarmaların son çarə olacağını qeyd edib. Analitiklər də ABŞ-ın böyük texnologiya şirkətlərinin növbəti bir neçə ay ərzində daha çox insanı işdən çıxaracağını gözləyirlər.