Az | EN

Avropa Komissiyası TikTok-u qadağan etdi

Bənövşə Kazımova
23 Fevral 2023 15:58
323 baxış
Avropa Komissiyası TikTok-u qadağan etdi

Avropa İttifaqı (Aİ) Komissiyası işçilərinə şəxsi və korporativ telefonlarından "TikTok” tətbiqini silməyi tapşırıb. Bu barədə məlumat "Politico” internet saytında verilib.

Saytda verilən məlumata görə, ittifaqın icra orqanı kimi fəaliyyət göstərən Aİ Komissiyası işçilərinə sosial media tətbiqi "TikTok”dan istifadəni qadağan edib. Bu kontekstdə Komissiyanın bütün əməkdaşlarına səhər saatlarında tətbiqi şəxsi və ya korporativ cihazlarından silmək tapşırılıb. Bu addımın atılmasına səbəbin işçilərin təhlükəsizliyinin qorunması ilə bağlı olduğu bildirilib. Aİ-nin digər qurumları, Avropa İttifaqı Şurası və Avropa Parlamentinin də yaxın gələcəkdə oxşar addımlar atacağı gözlənilir.

Vurğulayaq ki, Çin texnologiya şirkəti "ByteDance"a məxsus "TikTok” bəzi ölkələrdə milli təhlükəsizlik narahatlığına səbəb olur. Hətta əvvəlcə də qeyd etiyimiz kimi, ABŞ-da da rəsmi xidmət üçün istifadə edilən cihazlarda "TikTok”dan istifadə qadağan edilib.

© copyright 2022 | tech.az | info@tech.az