Push30 startapının rəqibi 1FIT Azərbaycan bazarına daxil olur. Hər iki startap idman salonlarını aylıq abunəlik sistemi ilə təqdim edir. Belə ki, istifadəçilər tətbiqdən aylıq paket almaqla təyin edilən bütün idman salonlarından istifadə edə bilirlər.
1FIT Qazaxıstan mərkəzli startapdır. Bu vaxta qədər startap 1.6 milyon dollar investisiya alıb. Tətbiq abunəlik ilə 700-ə qədər idman salonuna girişi təmin edir. Həmçinin 1Fit ilə istifadəçilər xizək, velosiped icarəyə götürə, hamamlara və masajlara gedə bilərlər.
Askar Akshabayev. Murat Alikhanov. Meir Adilzhanov.
Push30 startapı da eyni idməti təklif edir. “Push30”-un əsası 2019-cu ildə, “City University of London”un məzunu Adil Qasımov (CEO Push30), “London School of Economics”in məzunu, “Sabah.hub”-ın CEO-su Rəhim Bayramlı və “LANDAU School”un həmtəsisçisi Rahul D’Mello tərəfindən qoyulub.
Bir müddət əvvəl Push30 startapı Özbəkistan bazarına daxil olması barəsində məlumat yaymışdı. İndiki vəziyyətdə isə yerli bazarda rəqabət güclənəcək. 1FIT sosial şəbəkə hesabalrında 3 sentyabr tarixindən fəaliyyətə başlayacağını elan edib. Startap ilkin olaraq 50 idman zalına girişi təmin edəcək.
Rəhim Bayramlı. Adil Qasımov.
Məlumat üçün bildirək ki, startap şəbəkəsinə 200-dən çox idman mərkəzi və 18 000 istifadəçi daxildir. “Push30”, həmçinin yerli və dünyaca məşhur brendlər də daxil olmaqla 2000-dən çox şirkətlə əməkdaşlıq müqaviləsi imzalayıb.
Rahul D’Mello. Adil Qasımov.