Az | EN

Azərbaycan “Palantir” ilə əməkdaşlığı müzakirə edir

Cəmil Hüseynzadə
06 Mart 2026 10:38
119 baxış
Azərbaycan “Palantir” ilə əməkdaşlığı müzakirə edir

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfəri çərçivəsində Palantir Technologies şirkətinin nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı Azərbaycanla Palantir arasında milli məlumat inteqrasiyası, süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və kritik infrastrukturun monitorinqi kimi sahələrdə mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Tərəflər həmçinin yerli mütəxəssislərin bacarıqlarının inkişafı və bilik transferi məsələlərini də müzakirə ediblər. Bundan əlavə, Palantir platformalarının Afrikada tətbiqi layihələrində Azərbaycanın potensial rolu barədə fikir mübadiləsi aparılıb.

© copyright 2022 | tech.az | info@tech.az