Az | EN

Azərbaycan startapçıları üçün “Unicorn”larda təcrübə keçmək imkanı!

Səbinə Eyvazova
04 İyul 2023 11:41
485 baxış
Azərbaycan startapçıları üçün “Unicorn”larda təcrübə keçmək imkanı!

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, "Future Education" şirkətinin təşəbbüsü ilə yaradılan “Founders Academy” proqramına qeydiyyat davam edir. Proqramın əsas məqsədi Azərbaycan startaplarının inkişafına, onların qlobal arenaya çıxmalarına dəstək olmaqdır. “Founders Academy” proqramında iştirak ilə startaplar dünyanın ən böyük “Unicorn”larında təcrübə əldə edəcəklər. 

Proqram iki günlük “bootcamp” və ardınca 3 aydan 6 aya qədər davam edəcək mübadilə proqramından ibarətdir. 
“Founders Academy” proqramına qoşulmaqla əvəzolunmaz nəzəri və praktiki təcrübə qazanmaq şansını əldən qaçırmayın.

Dünyanın nəhəng startaplarında təcrübə proqramı keçmək şansını əldə etmək üçün tələsin!
Startaplar buradan qeydiyyatdan keçə bilərlər. 
Proqram operatorları isə buradan qeydiyyatdan keçə bilərlər. 

Son qeydiyyat tarixi 7 iyuldur.

© copyright 2022 | tech.az | info@tech.az