Imajin 2 mələk investordan və bir vençur fondundan 50 min dollar investisiya alıb. Pre-seed raundunda alınan investisiya startapın inkişafı üçün xərclənəcəkdir. İnvestorların adı hələ açıqlanmır. “Imajin” 3D və əlavə reallıq texnologiyalarını tətbiq etməklə e-ticarət satışlarını artırmağa və məhsul gəlirlərini azaltmağa kömək edir. Startapın əsas məqsədi dünya bazarında 3D və AR texnologiyalarının aparıcı təchizatçısı olmaqdır.
Imajin startapı “ABB Innovation” innovasiya mərkəznin rezidentidir. Nvidia Inception Program-nın iştirakçısı olan startap Emin Vəli və Orxan Məmmədov tərəfindən qurulub.