Az | EN

Azərbaycan startapı Tryverse 70,000$-dan çox qlobal satış edib

Cəmil Hüseynzadə
28 Oktyabr 2025 15:56
56 baxış
Azərbaycan startapı Tryverse 70,000$-dan çox qlobal satış edib

Beynəlxalq Silkway Accelerator proqramının altıncı mərhələsi uğurla başa çatdı. Proqram çərçivəsində iştirak edən Azərbaycan startapı Tryverse müxtəlif regionlarda yüksək büdcəli markalarla 70,000$-dan çox yeni müqavilə imzalayıb.

Tryverse fiziki məhsulları interaktiv 3D rəqəmsal modellərə çevirərək bahalı foto-video çəkilişlərini əvəz edir.

Tryverse-in həmtəsisçisi Orxan Məmmədov bildirdi:

“Akselerator müddətində aylıq gəlirimizi iki dəfə artırdıq və müxtəlif regionlarda yüksək büdcəli markalarla 70,000$-dan çox yeni müqavilə bağladıq. İllik gəlirimiz 130,000$-ı keçdi və böyüyən müştəri bazamız məhsul–bazar uyğunluğunu göstərdi. İndi əsas diqqətimiz Türkiyə və MENA bazarlarına genişlənmək, 50-dən çox müəssisə müştərisini onboarding etmək və Tryverse-i Shopify kimi böyük e-ticarət platformaları ilə inteqrasiya etməkdir. Uzunmüddətli məqsədimiz qlobal bazarlarda 3D standartı olmaq və e-ticarətin vizual təbəqəsini təmin etməkdir.”

Altıncı mərhələdə həmçinin Tacikistan, Monqolustan və Kazaxıstandan fintech, AI, logistika, səhiyyə, təhsil və biznes avtomatlaşdırma sahələrində fəaliyyət göstərən startaplar iştirak edib. Silkway Accelerator regionun ən böyük startap akseleratorlarından biri olaraq qlobal bazarlara çıxış üçün startapları dəstəkləyir.

© copyright 2022 | tech.az | info@tech.az