Az | EN

Azərbaycanda innovasiya şirkəti satılır

Cəmil Hüseynzadə
23 Aprel 2024 10:20
236 baxış
Azərbaycanda innovasiya şirkəti satılır

Social Innovation Lab uzun müddətdir Azərbaycanda innovasiya sahəsində müxtəlif layihələr həyata keçirib. Hazırda şirkət satışa çıxarılıb. Bu barədə şirkətin qurucusu Cəsur Həsənov sosial media hesabında məlumat paylaşıb. 

“2016-cı ildə təsis etdiyim, bugünə qədər ClimateLaunchpad , Creative Business Cup kimi beynəlxalq proqramları hər il Azərbaycanda həyata keçirən Social Innovation Lab şirkətini satmaq qərarına gəldim.

Əslində Social Innovation Lab mənim üçün çox fərqli emosiyaları ifadə edir, lakin onun uğurla davamı və daha da böyüməsini görmək məni daha da xoşbəxt edəcəyi üçün bu addımı atmaq qərarını vermək düzgün seçimdir.”

© copyright 2022 | tech.az | info@tech.az