Az | EN

GameTech” İnkubasiya Proqramının “Demo Day” tədbiri keçirilib

Cəmil Hüseynzadə
04 May 2024 13:57
107 baxış
GameTech” İnkubasiya Proqramının “Demo Day” tədbiri keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Gamepons” şirkətinin birgə təşəbbüsü ilə keçirilən “GameTech” İnkubasiya Proqramının “Demo Day” tədbiri keçirilib.

Tədbirdə oyun, yaradıcı sənayelər və startap icmasının üzvləri, oyun sektorunun üzvləri, investorlar və digər qonaqlar iştirak ediblər. 

“DemoDay”də 6 oyun startapı investorlar qarşısında çıxış ediblər.İştirak edən bəzi komandalar öz oyunlarının demo versiyalarını da göstəriblər. İnvestorların sullarını cavablandıran iştirakçılar öz oyunlarına yeni investisiyaların cəlbi üçün çalışıblar.

“GameTech” inkubasiya proqramı Gamepons şirkəti tərəfindən keçirilən 3 aylıq proqramdır. Proqram müddətində iştirakçılara oyun yaratmağın, inkişaf etdirməyin müxtəlif istiqamətləri üzrə təlimlər keçirilib.

© copyright 2022 | tech.az | info@tech.az