Az | EN

Azərbaycanlı təsisçinin startapı Britaniyanın ən yaxşı 50 startapı siyahısında

Cəmil Hüseynzadə
29 Noyabr 2024 17:02
949 baxış
Azərbaycanlı təsisçinin startapı Britaniyanın ən yaxşı 50 startapı siyahısında

Guavapay TechRound tərəfindən Böyük Britaniyanın Ən Yaxşı 50 startapından biri olaraq seçilib. Bu prestijli siyahıya daxil olmaq şirkətin fintech sahəsindəki uğurlarını və innovativ yanaşmasını bir daha təsdiqləyir.

2017-ci ildən fəaliyyətə başlayan Guavapay əvvəlcə kart ödəniş xidmətləri təqdim etməklə fəaliyyətə başlayıb. Lakin bu gün o, qlobal miqyasda fəaliyyət göstərən aparıcı fintek şirkətlərindən birinə çevrilib. Şirkətin təqdim etdiyi MyGuava və MyGuava Business platformaları, çoxvalyutalı hesablar, beynəlxalq ödənişlərin asanlaşdırılması və maliyyə idarəçiliyini gücləndirən alətləri ilə fərdlərin və bizneslərin maliyyə idarəsini yeni səviyyəyə çıxarır.

Bu uğur, Guavapay-in fintek sahəsində innovasiya və sadəliyə yönəlmiş strategiyasının nə qədər uğurlu olduğunu bir daha göstərir. Şirkət Böyük Britaniyada və beynəlxalq səviyyədə maliyyə texnologiyalarının gələcəyini formalaşdırmağa davam edir.

Guavapay 2017 Orxan Nəsibov tərəfindən Böyük Britaniyada təsis edilib. Startapın Böyük Britaniya, Kanada, Polşa və ABŞ-də ofisi, Azərbaycanda GuavaLab İT mərkəzi var. 

© copyright 2022 | tech.az | info@tech.az