Az | EN

Kosmos uğrunda mübarizə davam edir - BƏƏ 7 asteroidə kosmik aparat göndərir

Cəmil Hüseynzadə
05 Oktyabr 2026 11:22
48 baxış
Kosmos uğrunda mübarizə davam edir - BƏƏ 7 asteroidə kosmik aparat göndərir

Birləşmiş Ərəb Əmirliklərinin asteroid qurşağına göndərəcəyi kosmik aparat uçuşa hazır vəziyyətə gətirilib. Zondun hazırlanması, yığılması və sınaqları ölkə daxilində iki ildən az müddətdə həyata keçirilib.

Missiyada 150-dən çox mühəndis və alim iştirak edib. Aparatın Günəş sistemi boyunca təxminən 5 milyard kilometr məsafə qət etməsi və uçuş zamanı 7 asteroidi tədqiq etməsi planlaşdırılır.

BƏƏ bu missiya ilə Günəş sisteminin kiçik cisimləri haqqında yeni elmi məlumatlar əldə etməklə yanaşı, kosmik aparatların layihələndirilməsi, yığılması və sınaqdan keçirilməsi sahəsində yerli imkanlarını da inkişaf etdirməyi hədəfləyir.

Ölkə hakimiyyətinin məlumatına görə, BƏƏ-nin kosmik sektorunun dəyəri artıq 44 milyard dirhəmi ($12 milyard) ötüb. Ölkə 2031-ci ilədək kosmik iqtisadiyyatın yaratdığı iqtisadi faydanı iki dəfə artırmağı və dünyanın ən böyük 10 kosmik iqtisadiyyatından birinə çevrilməyi planlaşdırır.

Kosmik aparatın uçuşa hazır vəziyyətə gətirilməsi yerüstü hazırlığın əsas mərhələsinin başa çatması deməkdir. Növbəti mərhələdə missiyanın Günəş sisteminin dərinliklərinə uçuşu və yeddi asteroidin ardıcıl şəkildə tədqiqi həyata keçiriləcək.

© copyright 2022 | tech.az | info@tech.az